Məmmədbağır Bağırzadə — Azərbaycan oğluyam

Слушать Məmmədbağır Bağırzadə — Azərbaycan oğluyam

Текст Məmmədbağır Bağırzadə — Azərbaycan oğluyam

Uzaq-uzaq ellərdə
Adım var, ünvanım var
Dastanlara sığmayan
Şöhrətim var, şansım var

Qəhrəmanlar içində
Neçə qəhrəmanım var

Cavanşirəm, Babəkəm
Nəbiyəm, Koroğluyam

Azərbaycan oğluyam

 

Göy göl dərin düşüncəm,
Dəlidağ vüqarımdır
Kür, Araz coşqun qanım
Xəzər şah damarımdır

Can dərmanı istəsən, istə
Ey dost, varımdır

Torpağım bol, suyum bol
Aranlıyam, dağlıyam
Azərbaycan oğluyam

 

Nizamilər övladı
Nəsimilər nəsliyəm
Yurdum odlar yurdudur
Mən Günəş nəfəsliyəm

Təbiətim belədir
Toy-bayram həvəsliyəm

Ürəyi dost soraqlı
Süfrəsi qonaqlıyam
Azərbaycan oğluyam