Xumar Qedimova — Ayriliq

Слушать Xumar Qedimova — Ayriliq

Текст Xumar Qedimova — Ayriliq

Dad sənin əlindən, aman, ayrılıq,
məndən can cövhəri uman ayrılıq.
Qəlbimi zülmünlə ram eylədikcə,
içimdə inləyən kaman ayrılıq,
aman, ay ayrılıq, aman, ayrılıq!

Gör, mən nə sayırdım, fələk nə saydı,
bəlkə bu, bəxtimə kəsilən paydı?
Sən mənim yaramı sızlatmasaydın,
məni sındırmazdı zaman, ayrılıq,
aman, ay ayrılıq, aman, ayrılıq!

O getdi, dərdimin dərmanı getdi,
gələn xoş günümün fərmanı getdi.
Olum yollarının qurbanı, getdi,
doldu gözlərimə duman, ayrılıq,
aman, ay ayrılıq, aman, ayrılıq!

Mən son nəfəsdəyəm, sən can həvəsdə,
mən qan ağlayıram, sən kam həvəsdə.
Qəlbim səksəkədə, qulağım səsdə,
sın, ey çərxi fələk, dayan, ayrılıq,
dayan bircə anlıq, bir an, ayrılıq,
aman, ay ayrılıq, aman, ayrılıq,
aman, ay ayrılıq, aman, ayrılıq!