TURAL, Rasim — TÜSTÜ

Слушать TURAL, Rasim — TÜSTÜ

Текст TURAL, Rasim — TÜSTÜ

Açıram pəncərəni soyuq qış gecəsi otaq mənə dar gəlir
Bu yağan qar könlümə hüzür verir
Unut onu sanki mənə deyir

Ama mən oturmuşam bürüyüb otağımı tüstü
Mən nə hallara düşdüm
İnsanlara küsdüm

Ama mən oturmuşam bürüyüb otağımı tüstü
Mən nə hallara düşdüm
Bu sevgiyə küsdüm
Barışmaram bir daha

Ay çıxıb təbim gəlir
Gələndə qəmli gəlir
Sussss. səs eləmə
Tǝbimdi qonaq gəlib

Mən nəsə birtəhərəm
Sanki yanıma yarım gəlib
Bəxtim kimi tünd qara
Bir stəkan dəmli gətir

Dəmli gətir
Tünd qara bəxtim kimi dəmli gətir
Dərdi gətir
Yazaram şeirlərdə sətir-sətir həmin o kəsi
Görəndə deyin ona həmin o kəsi
Son nəfəsin
Sənə görə verib artiq son nəfəsin

Mən oturmuşam bürüyüb otağımı tüstü
Mən nə hallara düşdüm
Bu sevgiyə küsdüm
Barışmaram bir daha

Sənsiz qeyd edirəm köhnə ilin son gecəsin
Gəl mənə hədiyyə ol ürək sevgi hiss eləsin
Mən bir qoca bağban tərk edilmiş gül bağında
Sən o bağda qızıl gül ol yalnız səni seyr eləsin

Gəlibdi qış bu gün könül bağına
Bu mahnı çatar ünvanına
Çatar ünvanına

Ama mən oturmuşam bürüyüb otağımı tüstü
Mən nə hallara düşdüm
Bu sevgiyə küsdüm
Barışmaram bir daha

Mən oturmuşam bürüyüb otağımı tüstü
Mən nə hallara düşdüm
İnsanlara küsdüm
Barışmaram bir daha