Murad Arif — Bossa Nova

Слушать Murad Arif — Bossa Nova

Текст Murad Arif — Bossa Nova

[Bənd 1]
Bir yayın yanğısından
Bir iyun yağmurundan
Bir sevginin nurundan
Payımıza düşən anlar…Bir dəniz sahilindən
Bir söyüd kölgəsindən
Sənin titrək səsindən
Payımıza düşən anlar…
Düşən anlar…

[Nəqərat]
Bossa nova — ritmik bir duyğu
Ürəklərdə bir coşqu
Ovucumda əllərin
Deyilməmiş sözlərin

Payızda bəlkə nəsə olacaq
Bu həsrət gözümə dolacaq
Bir görüş gümanında
Aman, ayrılıq limanında

[Bənd 2]
Bir ümid işığında
Mülayim baxışında
(Ay) yetəndə muradına
Ayrılığı bilən anlar

Baharın nəfəsində
Bir görüş həvəsində
(Ay) Sevirəm kəlməsində
Ayrılığı bilən anlar, duyan anlar

[Nəqərat]
Bossa nova — ritmik bir duyğu
Ürəklərdə bir coşqu
Ovucumda əllərin
Deyilməmiş sözlərin

Payızda bəlkə nəsə olacaq
Bu həsrət gözümə dolacaq
Bir görüş gümanında
Aman, ayrılıq limanındaBossa nova — ritmik bir duyğu
Ürəklərdə bir coşqu
Ovucumda əllərin
Deyilməmiş sözlərin

Payızda bəlkə nəsə olacaq
Bu həsrət gözümə dolacaq
Bir görüş gümanında
Aman, ayrılıq limanında
Ayrılıq limanında
Ayrılıq limanında