Elçin Cəfərov — Millətəm

Слушать Elçin Cəfərov — Millətəm

Текст Elçin Cəfərov — Millətəm

Mənim yoluma bax,əzəldən haqdı
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!…

Düzmə qabağıma çopur daşları,
Səsləsəm dikələr dağ qardaşlarım,
İstəsən tarixi bir də başlaram,
Mən durğun həyatdan bezən millətəm!

Çəkil torpağımdan,ey yağı düşmən,
Mən şeytan ümidini üzən millətəm!
Dünyanı üstümə qaldırdın,yetər,
Dünyanın dərdinə dözən millətəm!

Babaların igid ruhu dirildi,
Ömür bizə Vətən üçün verildi.
Qisas deyir türk yaddaşı — şanımız,
Qurban getsək halal olsun qanımız!