Chingiz Mustafayev — Tənha Gəzən

слушать Chingiz Mustafayev — Tənha Gəzən

текст Chingiz Mustafayev — Tənha Gəzən

Yatmıram gecələri
Gəzirəm hey şəhəri
Yuxu girmir gözümə
Gecəm gündüz olub yenə
Gündüzüm olub gecə
Yuxu girmir gözümə
Gəzirəm hey şəhəri
Yatmıram gecələri

Canım ağrıyır əzizim
Bitmək bilmir kədərim
Bezib şəhər təkliyimdən
Adım qalıb, «Tənha gəzən»

Mənəm o, tənha gəzən
Mənəm o, dərdli gəzən
Mənəm o, məcnun olub gecələrdə qəmli gəzən
Mənəm o, tənha gəzən
Mənəm o, dərdli gəzən
Mənəm o, məcnun olub gecələrdə qəmli gəzən

İnsanlar arasında ruh kimi hey gəzirəm
Hamı baxsada mənə, mən heç kəsi görmürəm
Getdiyin gündən bəri
Gəzirəm hey şəhəri
Ümidimi itirmədən, gözüm axtarır səni

Canım ağrıyır əzizim
Bitmək bilmir kədərim
Bezib şəhər təkliyimdən
Adım qalıb, «Tənha gəzən»

Mənəm o, tənha gəzən
Mənəm o, dərdli gəzən
Mənəm o, məcnun olub gecələrdə qəmli gəzən
Mənəm o, tənha gəzən
Mənəm o, dərdli gəzən
Mənəm o, məcnun olub gecələrdə qəmli gəzən