Alim Qasimov, Fərqanə Qasımova — Qarabağ Şikəstəsi

Слушать Alim Qasimov, Fərqanə Qasımova — Qarabağ Şikəstəsi

Текст Alim Qasimov, Fərqanə Qasımova — Qarabağ Şikəstəsi

[Giriş]
Allahu əkbər, Allahu əkbər
Allahu əkbər, Allahu əkbər

[Bənd]
Mən aşiqəm Qarabağ
Şəki, Şirvan, Qarabağ
Aləm cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ

Qarabağda talan var
Zülfün üzə salan var
Gedirsən tez qayıt gəl
Gözü yolda qalan var

Aman-aman, sevirəm
Gözlə məni, gəlirəm, ah…

A durnalar, Qarabağa gedək biz
Bağlı qalan yollarını açaq biz
Balam, ay balam, ey
Qarabağda yataq biz
Bir baş qoyub, torpağında yataq biz

Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan
Axşamüstü qoy uzaqdan
Havalansın xanın səsi
Qarabağın şikəstəsi

Aman, sevirəm
Gözlə məni, gəlirəm, ah…
Sevirəm, ah…
Sevirəm, ah…
Sevirəm…
Sevirəm, ah…