Faiq Ağayev — Gecə Zəngləri

Слушать Faiq Ağayev — Gecə Zəngləri

Текст Faiq Ağayev — Gecə Zəngləri

Səni bir qaranlıq gecənin
Zəngi apardı bu dünyadan…
Bəlkə bu gecənin zəngini
Təskinlik üçün uydurmuşam?..
Yoxluğuna mən inanmadım
Çox yalvardım, ana, çox sənə
Güc gələ bilmədi harayım
Gecənin bu bəd xəbərinə…
Allah bu günahımı bilsə
Bağışlamaz heç zaman məni
Qoruya bilmədim ölümdən
Nə atamı, nə də ki, səni…
Atamın könlünü al, ana
Bəlkə soyuyar bir az kini?
Mən də sənin bir gün yanına
Həmişəlik gələnə kimi…
Deyirlər, insan sönəndə
Talehinin ulduzu axır…
Bəs niyə
Niyə göylərin üzündən
Mənə bir təzə
Təzə ulduz baxır?
Niyə, ana?